Bakının nəqliyyat sistemində VACİB YENİLİK Təzə kameralar nəyi çəkəcək?


Digərləri 19 Sen 2018 08:35:00 246 0

Bakının nəqliyyat sistemində VACİB YENİLİK  Təzə kameralar nəyi çəkəcək?

Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb.

Son.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq və bu kameralar dayanacaqların ərazisini zəbt edən avtomobilləri çəkərək elektron protokollar tərtib edəcək.