"Florens" 34 nəfərin ölümünə səbəb olub


Dünya 19 Sen 2018 08:16:00 189 0

"Florens" 34 nəfərin ölümünə səbəb olub

ABŞ-da "Florens" qasırğası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, ən çox insan ölümü Şimali Karolinada qeydə alınıb - 26 nəfər.

Qeyd edək ki, 4-cü dərəcəli "Florens" qasırğası ABŞ-ın atlantik sahillərinə sentyabrın 14-ü yaxınlaşıb. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 75 kilometri keçmir.