Azərbaycanda Virciniya ştatından gətirilən bahalı tütün növünün istehsalına başlanılıb (ÖZƏL)


Digərləri 19 Sen 2018 07:40:16 238 0

Azərbaycanda Virciniya ştatından gətirilən bahalı tütün növünün istehsalına başlanılıb (ÖZƏL)

Azərbaycanda Amerika sortu olan ətirli tütün yetişdirilir.

Bakı. Samir Əli - Azərbaycanda Amerika sortu olan ətirli tütün yetişdirilir. Bu barədə özəl olaraq Trend-ə Şəki rayon İcra Hakimiyyətindən bildiriblər. Məlumata görə, ABŞ-ın Virciniya ştatından gətirilən bu tütün növü digər növlərlə müqayisədə daha bahalıdır və Şəkidə yetişdirilir: "Şəkidə bu il 877 hektar tütün sahəsi əkilib, onun 649 hektarı "Virciniya" sortu olan yaşıl tütündür, 228 hektarı isə digər tütün növləridir. Artıq rayonda tütün istehsalına başlanılıb. Builki mövsümdə indiyə qədər 2600 ton "Virciniya" tütünü istehsal olunub. 15 min 743 ton isə digər növ yaşıl tütün yığılıb".