"60 yaşlı kişi 20 yaşlı qızla evlənmək istəyir" Sığınacaqda vəziyyət


Digərləri 19 Sen 2018 07:07:00 238 0

"60 yaşlı kişi 20 yaşlı qızla evlənmək istəyir" Sığınacaqda vəziyyət

Suriyada illərdir davam edən vətəndaş müharibəsi milyonlarla suriyalını yerindən-yurdundan edib. Bu savaşın ən böyük yükünü isə həyat yoldaşlarını, ailə üzvlərini müharibədə itirmiş qadınlar çəkir. Uşaqları ilə Türkiyə sərhədlərinə keçən qadınlar sığınacağda (dərnək) yerləşiblər.

Son.az xəbər verir ki, Fateh bölgəsində yerləşən "Dəməşq Yetim Cəmiyyətinə" məxsus 5 mərtəbəli binada Suriyada həyat yoldaşlarını itirmiş 11 qadın ilə 29 yetim uşaq yaşayır. Qadınların ən böyük sıxıntısı yaşadıqları yerdə onlara qarşı olan ayrı-seçkilik və təcrid olmadır. Sığınacaq yaxınlığında parka uşaqlarını aparan suriyalı qadınlar deyir ki, yerli sakinlər bizi oradan uzaqlaşdırmağa çalışır:

"Bizə deyirlər ki, sizin uşaqların əlindən, uşaqlarımızı parka apara bilmirik. Öz ölkənizə qayıdın".

Sığınacaqda qalan Ayşat adlı qadının 3 və 7 yaşlarında iki uşağı var. 1 il əvvəl bu sığınacağa yerləşdirilib. Müharibədən sonra öz ölkəsinə qayıtmaq istədiyini deyən qadın "Zeytun Budağı" əməliyyatının sonlanmasını gözləsə də hələ də Suriyaya qayıda bilməyib.

"Ən azından evim olar"

Bu qadınlar uşaqlarına və özlərinə bir ev qurmaq üçün Türk kişilərlə imam nigahına girməyi qəbul edirlər. Evlilik onlar üçün yaşadıqları bu çətin həyatdan xilas olmaq üçün tək yoldur. 5 və 4 yaşlarında 2 uşaq anası olan Samar adlı qadın Ankaraya gedib orada bir türk kişi ilə evlənəcəyini deyir: