İspaniyada ilk dəfə 3D printerində çap edilmiş diz oynağı implantasiya olunub


Digərləri 19 Sen 2018 03:30:00 255 0

İspaniyada ilk dəfə 3D printerində çap edilmiş diz oynağı implantasiya olunub

Marbelye şəhərində yerləşən "Hospital Ochoa" özəl klinikasında İspaniyada ilk dəfə 3D printerinin köməyi ilə çap edilmiş və pasiyentin dizini tamamilə əvəz edən diz oynağı protezinin quraşdırılması əməliyyatı aparılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, klinikanın yaydığı məlumata görə, personallaşdırılma üsulu ilə yaradılmış implantatdan istifadə olunması xəstənin daha yaxşı alışmasına, ağrı və narahatlıq gətirmədən onun anatomiyasına uyğunlaşmasına imkan yaradacaq.