ÇL: "Barselona" və "İnter" qrup mərhələsinin ilk oyunlarında rəqiblərindən güclü olublar


Digərləri 18 Sen 2018 23:31:00 287 0

ÇL: "Barselona" və "İnter" qrup mərhələsinin ilk oyunlarında rəqiblərindən güclü olublar

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyunlar keçirilib

Bakı. UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Trend-in məlumatına görə, "B" qrupunda yer alan İspaniyanın "Barselona" klubu Niderlandın "PSV" klubunu qəbul edib. Ev sahibləri rəqibin qapısından 4 cavabsız top keçirib. Qollar: L.Messi (32,77,87-ci dəqiqələr), U.Dembele (75-ci dəqiqə).