Azərbaycanlılar Ukraynada qadın "satdılar", tutuldular


Dünya 18 Sen 2018 23:23:00 238 0

Azərbaycanlılar Ukraynada qadın "satdılar", tutuldular

Ukraynada turistlər üçün intim xidmətlər təşkil edən Azərbaycan və Türkiyə vətəndaşları mühakimə edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ölkənin bəzi otelləri yüngül əxlaqlı qadınlarla əylənmək istəyən turistlərin məkanı olub.

Azərbaycan və Türkiyə vətəndaşları bu otellərdə turistlərə intim xidmətlər təklif edib. Onlar dil bilmələrindən istifadə edərək, Xarkov şəhərinə "bazar günü turu"na gələn Türkiyə vətəndaşları üçün seks məclisləri təşkil edərək, maliyyə çətinliyi olan qadınları turistlərlə görüşdürürmüşlər.