Kərbəlada verilən “Məgər biz haqq deyilikmi?” sualının dərin fəlsəfəsi


Digərləri 18 Sen 2018 23:10:00 313 0

Kərbəlada verilən “Məgər biz haqq deyilikmi?” sualının dərin fəlsəfəsi

Kərbəlada atın ayaqları altından çıxan toz, göyə atılan qan, ağrıdan səmanı bürüyən iniltilər, qulaqlardan zorla alınan sırğa, Təlliye-Zeynəbiyyədəki intizarlı baxışlar topluma izi silinməyən mesajlar verib. Bu mesajlardan biri də məhz Kərbəlada verilən suallardır. Biz bu suallara diqqət etsək, həyatımızın əsil hədəflərini, necə yaşamalı olduğumuzu anlaya bilərik. İlk olaraq diqqət edəcəyimiz sual - Həzrət Əli Əkbərin İmam Hüseynə (ə) verdiyi sualdır.

"Məgər biz haqq deyilikmi?".

Son.az deyerler.org-a istinadən bildirir ki, ilk olaraq analamaq lazımdır ki, bu sual məlumatsız bir insanın məlumat almaq üçün verdiyi suallar silsiləsindən deyil. Bu, daha çox həqiqətin şiddətini çatdırmaq üçün verilən bir sualdır. Qurani-Kərimdə və hədislərdə bu qəbildən olan suallar var.

Məsələn, Allah Təala Zəkəriyyə peyğəmbərin (ə) duasını qəbul edərək, ona bir övlad veriləcəyi müjdəsini verdikdə, o, belə bir sual verdi:

"O, dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən, mənim necə oğlum ola bilər?". (Allah) dedi: "Allah beləcə istədiyini edər". ("Ali-İmran" 40).

Allahın peyğəmbərinin (ə) bu sualı, sadəcə olaraq hadisəinin sıradan bir hadisə olmayacağının izharıdır.

Eyni zamanda, əziz Rəsulallah (s) Kəbə qapısına söykənərək, axirəzzəmanda baş verəcək hadisələri də saydıqda, Əbazər: "Ya Rəsulallah, doğrudanmı bunlar olacaq?" deyə sual verirdi. Əbazər Rəsulallahın (s) doğrudan başqa heç nə danışmadığını bilirdi. Amma bu sualı ilə bəyan edilən həqiqətlərin fövqəladə bir şey olduğunu çatdırırdı.