İmmunitetinin zəiflədiyini göstərən işarələr


Digərləri 18 Sen 2018 22:54:00 221 0

İmmunitetinin zəiflədiyini göstərən işarələr

İmmun sistemi orqanizmi bakteriya və infeksiyalardan qoruyur, qocalıq prosesini ləngidir və bədəni gümrah saxlayır. Orqanizmin antioksidant mexanizminin fəaliyyətində də rol oynayan immunitetin zəifləməsi nəticəsində bəzi xəstəliklər əmələ gəlir.

Son.az publika.az-a istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə türkiyəli həkim Aytac Karadağ immun sistemini gücləndirmək yolları haqqında məlumat verib.

Xroniki yorğunluq varsa, diqqət!

Xroniki yorğunluq sindromu son illərdə insanlar arasında durmadan artır. Heç bir iş görmədiyiniz halda yorğunluğun hiss edilməsi immun sisteminin zəifləməsinin əlamətidir. Səhər yorğun qalxırsınızsa, yaxud istirahətdən sonra özünüzü yenə yorğun hiss edirsinizsə, bu, həkimə müraciət etmək üçün yetərli əlamətlərdir.

İnfeksiyaların tez-tez təkrarlanması

Yay aylarında qrip, zökəm, soyuqdəymə yaranırsa və bunlar davamlı təkrar edirsə, dərmanlarla müalicəyə başlamazdan əvvəl immun sistemini yoxlamağa dəyər. İshal, sidik yolu infeksiyaları, genital infeksiyaları, göbələk, tənəffüs yolu infeksiyalarının tez-tez təkrarlanması immunitetinin aşağı düşməsinin mühüm xəbərdarlığıdır.

İmmuniteti təmin edən ağ qan hüceyrələri lazimi səviyyədə olmadıqda, bədən infeksiyalara daha asan yoluxur və daha çətin sağalır.

Dəriniz həyəcan siqnalı çalır

Cilddə yaraların gec sağalması, göbələk infeksiyalarının tez-tez təkrarlanması immun sisteminin zəiflədiyini göstərən erkən əlamətidir.

Allergik şikayətlərin çoxalması immun sistemin tarazlığının pozulmasını bildirir. İmmun sistemi çox işləyəndə allergiya əmələ gəlir, az çalışanda infeksiyalar inkişaf edir. Burun axıntısı, asqırıq, gözlərdə yaşarma, öskürək, təngənəfəslik, dəridə qaşınma allergik mənşəli ola bilər.

Ağıziçi yaraları hətta xərçəng əlaməti ola bilər