Portağal şirəsi və qreyfrut dəri xərçəngi riskini artıra bilər?


Digərləri 18 Sen 2018 22:40:00 456 0

Portağal şirəsi və qreyfrut dəri xərçəngi riskini artıra bilər?

Hər səhər bir stəkan portağal şirəsi və ya qreyfrut istifadə etmək dəri xərçəngi riskini olduqca artırır. Hətta ölümcül səviyyəyə belə gətirib çıxarır.

Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq sitrus məhsullarından istifadə etmək melanoma və dəri xərçəngi riskini artırır. Braun Universitetində dermatologiya şöbəsinin müdiri, tədqiqatın baş elmi işçisi olan Doktor Abrar Qureyşi  bu mövzu barəsində bildirib : "Sitrus meyvələri qəbul edən şəxslər günəşlə həddindən artıq təmasda olmamalıdırlar. Xüsusən də, gündəlik portağal şirəsindən istifadə edən insanlar kölgədə yeriməli, şlyapa taxmalı və günəş kremindən istifadə etməlidirlər. Əks halda təcrübələr onu göstərir ki, mənfi təsirləri olduqca pis nəticələrə gətirib çıxarır. Buna görə də, sitrus meyvələrindən çoxlu miqdarda istifadə etmək məsləhət görülmür. Əgər istifadə etsəniz də, özünü günəşdən qorumalısınız."