Keçmiş sovxoz direktoru Yusif Nağıyev


Digərləri 18 Sen 2018 22:02:00 267 0

Keçmiş sovxoz direktoru Yusif Nağıyev

Azərbaycanda bir vaxtlar sovxoz direktoru işlədiyini və üç ali təhsili olduğunu deyən Nağıyev Yusif Həsən oğlu hazırda Ukraynanın Mariupol şəhərindəki parklardan birində "bomj" həyatı yaşayır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onun barəsində 0629.com.ua portalına Mariupol sakinləri məlumat veriblər. Nağıyev şəhərin Levoberejni rayonundakı qəhrəmanlar parkındakı skamyalardan birində məskən salıb, don vurduğu üçün hər iki ayağı amputasiya olunub.

"Mənim adım Nağıyev Yusif Həsən oğludur. Azərbaycandanam. 56 yaşım var. Azərbaycanda sovxoz direktoru işləmişəm, üç ali təhsilim var. İkimərtəbəli evim, uşaqlarım, torpaq sahəm olub"-azərbaycanlı "bomj" bildirir.

Nağıyev indiki hala düşməsinə görə SSRİ rəhbəri Mixail Qorbaçovu günahlandırır. Deyir ki, Mariupola 1992-ci ildə gəlib və fəhləlik etməyə başlayıb: "Əlimdən hər iş gəlir. Yaxşı inşaatçıyam, amma hər şey bu cür zibil alındı".

Yusif nəql edir ki, uzun müddət kirayə qalıb, ev sahibəsi ölüb. Həmin vaxt o xəstəxanada olub. Xəstəxanadan çıxanda evin qapıları bağlı idi və dediyinə görə bütün pulları, əşyaları orada qalıb. Ev sahibəsinin qızından açarı alıb evdən əşyalarını götürə bilməyib. Beləliklə, "bomj"a çevrilib.

Hərdən təsadüfi işlərdə işləyib bir az pul qazanan Yusifi ötən ilin dekabrında don vurub. Onun don vurmuş ayaqlarını kəsiblər. Deyir ki, həmin vaxt şəhərdə Yeni il ağacına gözətçilik edirdi. "Maşında oturmaq lazım idi, amma hər halda soyuq idi. Maşın qızdırılmırdı, nəticədə ayaqlarım dondu"-azərbaycanlı "bomj" deyir.

Yusifi həmin vaxt xəstəxanaya aparıblar, xəstəxanada deyiblər ki, dərmanları almaq üçün 50 min qriven lazımdır. Onun isə bu qədər pulu yox idi. "Həkimlər adamı sağaltmırlar, şikəst edirıər"-o deyir.


Xəbərə aid video


Xəbərə aid fotolar