Məhərrəm ayını yaşatmağı İmam Kazımdan öyrənək


Digərləri 18 Sen 2018 21:45:00 229 0

Məhərrəm ayını yaşatmağı İmam Kazımdan öyrənək

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "İmam Hüseynin (ə) şəhadəti möminlərin qəlbinə elə atəş salmışdır ki, heç bir zaman sönməyəcəkdir".

Bu səbəbdən hər dəfə məhərrəm-səfər dönəmi gələn zaman möminlərin qəlbi alovlanır və bu alov daha da artır və heç bir zaman sönmək istəmir.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Rza (ə) atası İmam Kazımın (ə) Məhərrəm ayı gələn zaman keçirtdiyi hissləri bizimlə bölüşmüş və buyurmuşdur: "Atamın üslubu belə idi ki, nə zaman Məhərrəm ayına daxil olsaydıq, heç bir zaman gülməzdi. Qəm ona qələbə çalardı, o zamana qədər ki, Məhərrəm ayından on gün keçərdi. O zaman ki, onuncu gün gəlib çatardı, həmin gün atam üçün qəm və ağlamaq günü olardı. Bu, həmin gündür ki, Hüseyn (ə) - Allahın salamı olsun ona! - həmin gündə qətl edilmişdir".

İnşəallah ki, biz də Məhərrəm ayını bu cür yaşadarıq.

Yeri gəlmişkən, İmam Musa Kazımın (ə) həyat yolu ilə tanış olaq.

Həzrət İmam Kazım (ə) 128-ci hicri ilinin səfər ayının 7-də Hicaz diyarında olan Əbva adlı yerdə dünyaya gəlmişdir. İmamın (ə) atası - İmam Sadiq (ə), anası isə Həmideyi-Bərirə olmuşdur.

İmam Kazım (ə) 35 il imamətlik etmiş və 20 yaşında imamət kürsüsündə əyləşmişdir.

Həzrətin (ə) adı: Musa ibni Cəfərdir. Künyəsi Əbul-Həsən, Əbu İbrahim, Əbul-Həsəni Əvvəl, Əbu Əli, Əbu İsmayil olmuşdur.

Ləqəbləri: Kazım, Sabir, Saleh, Əmin və Əbdulsalehdir.

İmam Kazım (ə) Mənsur Abbasinin dövründə imamətliyə çatmışdır. O zamandan 183-cü ilə qədər bir neçə Abbasi xəlifəsi tərəfindən həbs edilib, zindana salınmışdır. İmam (ə), Harun Rəşidin dövründə dörd il ərzində zindana salınmış və o xain tərəfindən zindanda şəhadətə çatmışdır.

İmamın (ə) həyatının çox hissəsi zindanda keçmişdir və o Həzrət (ə) çoxlu əzab-əziyyətlər çəkmişdir.