Çin ABŞdan idxal olunan 5200dən çox məhsulun rüsumunu artırır


Digərləri 18 Sen 2018 21:31:00 263 0

Çin ABŞdan idxal olunan 5200dən çox məhsulun rüsumunu artırır

Çin sentyabrın 24-dən etibarən Amerikadan idxal olunan 60 milyard dollar həcmində məhsulun rüsumunu artıracaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə ÇXR-in Maliyyə Nazirliyinin məlumatında deyilir.

Yeni rüsumlar ABŞ-ın 5200-dən çox adda məhsuluna şamil ediləcək. Bu addım Çindən gətirilən məhsullara ABŞ-ın ticarət rüsumları tətbiq etməsinə cavab olaraq atılıb.

Bir qədər əvvəl Pekin Ümumdünya Ticarət Təşkilatından Vaşinqtonun bu qərarına münasibət bildirməsini istəyib.