İnsan bədənində gələcəyi görən vəzi


Digərləri 18 Sen 2018 21:35:00 280 0

İnsan bədənində gələcəyi görən vəzi

Görə bilməyimizi təmin edən 2 gözümüz var. Lakin bunlarla yanaşı, insanın yalnız hiss edə biləcəyi şeyləri görən "üçüncü göz"ü də var. İnsanın iki gözü ilə "üçüncü göz"ü sanki bir anlığa birləşdikdə beyinin yatmış bir hissəsi fəaliyyətə başlayır.

Son.az axar.az-a istinadən xəbər verir ki, elmdə "epifiz" adlanan həmin hissə oval şəkildə, qırmızı-boz rəngdə, orta beyin qapağının yuxarı təpəcikləri üzərində yerləşir. Bu üzv bədəni melatoninlə təmin edir.

Uşaqlığın ilk illərində melatoninin səviyyəsi yüksək, böyük yaşlarda isə nisbətən aşağıdır. Bəzi araşdırmalara görə, melatoninin səviyyəsi aşağı olan şəxslərdə depressiya problemləri olur.

1998-ci ildə "Yeni elm"də ("New Scientist") yayımlanan bir araşdırmaya görə, Günəş partlayışları və insan biologiyası arasında bağlantı mövcuddur.   Günəşdən gələn elektromaqnit aktivlik insana təsir edir və bu, epifizin həddən artıq melatonin ifraz eləməsinə səbəb olur. Bəlkə də bu səbəbdən uşaqların beyin-sinir sistemlərinin metafizik aləmlərə açıqlığı xeyli yüksəkdir. Əgər bu, həqiqətən belədirsə, onda uşaqların mistik varlıqları niyə rahatlıqla gördükləri, böyüklərin isə cin və ruhi varlıqları görməməsinin səbəbi aydınlaşır. Epifiz ruh və dünya arasında tarazlıq yaradır.

Epifizin forması kiçik şam qozasını xatırladır. Şam qozası Şumer, hind, Antik Yunan, Antik Misir, Roma və Vatikanda dini xarakter daşıyır.

Epifizin insan bədənindəki varlığı antik dönəmlərdən məlumdur və bu, tarix boyunca oyanış, aydınlanma olaraq izah edilib. Eradan əvvəl yaşamış anatomiya mütəxəssisi Herofilis epifizi düşüncə axınını tarazlaşdıran əzələ adlandırıb. Hinduizmdə Brahmaya görə, həqiqətə açılan düzgün bir pəncərə kimi görülür. Vedik fəlsəfəsində isə 6-cı hissi ifadə edir.