Netanyahu Putinə zəng edib


Dünya 18 Sen 2018 21:22:00 278 0

Netanyahu Putinə zəng edib

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada "İl-20" təyyarəsinin vurulmasından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Netanyahu Rusiya hərbçilərinin həlak olması ilə bağlı təəssüfləndiyini deyərək, təyyarənin vurulmasına görə Suriyanın məsuliyyət daşıdığını bildirib. Baş nazir əlavə edib ki, İsrail hadisənin araşdırılması üçün Rusiyaya zəruri informasiyanı təqdim etməyə hazırdır.

Netanyahu Putinə İsrail hərbi hava qüvvələrinin başçısını Moskvaya göndərməyi təklif edib.