Bağçalara və xəstəxanalara ərzaq verilib VİDEO


Digərləri 18 Sen 2018 21:16:00 322 0

Bağçalara və xəstəxanalara ərzaq verilib  VİDEO

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC bağçalara və xəstəxanalara dövlət sifarişi ilə ərzaq məhsullarının çatdırılmasını davam etdirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu dəfə isə Cəmiyyət tərəfindən Mingəçevirdə fəaliyyət göstərən bağçalara yeni kəsilmiş heyvan əti, kartof, çuğundur, kələm və digər məhsullar paylanılıb. Qeyd edilib ki, bütün məhsullar yerli istehsaldır. Bildirilib ki, Mingəçevir şəhəri üzrə uşaq bağçalarına 2017-ci ildə 576 ton, 2018-ci ildə isə 311 ton ərzaq təminatı həyata keçirilib. Ümumilikdə isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün ölkə üzrə 1865 sayda təchizat nöqtəsi yaradılıb.