Bakı musiqi məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb


Digərləri 18 Sen 2018 20:31:00 190 0

Bakı musiqi məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb

2017/2018-ci tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.

Bakı. Ötən tədris ili üzrə Bakı musiqi məktəblərini bitirən 150-dən çox şagird tələbə adını qazanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 22-si Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 78-i Asəf Zeynallı adına orta ixtisas məktəbində, 5-i Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 5-i Bakı Xoreoqrafiya Akademiyasında, 17-si Azərbaycan Milli Konservatoriyasında, 25-i isə Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirirlər.