Putindən Çeçenistana böyük hədiyyə


Dünya 18 Sen 2018 20:26:00 213 0

Putindən Çeçenistana böyük hədiyyə

Çeçenistanda yerləşən ən böyük neft-kimya sənaye kompleksi respublikanın tabeçiliyinə verilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin"Çeçennefteximprom" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin Çeçenistan Respublikasına verilməsi barədə fərman imzalayıb. 

"Çeçennefteximprom"a 1113 neft və qaz quyuları, 11,6 min hektarlıq ərazi, iki neft-emalı zavodu, təmir müəssisələri, neft hasilatı avadanlığı, dörd neft bazası və ümumi uzunluğu 500 kilometrdən çox olan boru xətləri məxsusdur.