Kosmosa səyahət edəcək ilk turist o seçildi


Digərləri 18 Sen 2018 20:00:00 260 0

Kosmosa səyahət edəcək ilk turist o seçildi

"SpaceX" şirkətinin təsisçisi və baş direktoru İlon Mask "Big Falcon Rocket" korporasiyasının kosmik gəmisində Ay ətrafına səyahətə göndəriləcək ilk kosmik turisti ictimaiyyətə təqdim edib.

Son.az ICTnews-a istinadən xənət verir ki, ilk kosmik turist yapon milyarder Yusaku Maedzava seçilib. Bir həftəyə yaxın davam edəcək uçuşun 2023-cü ildə baş tutacağı gözlənilir.

Kosmik gəmini yaponiyalı iş adamı ilə birlikdə Ay orbitinə çıxaracaq "BFR" raketdaşıyıcısı hazırda istehsal mərhələsindədir.