Emin Nuri bir neçə aydan sonra meydana qayıdır


İdman 18 Sen 2018 19:16:00 252 0

Emin Nuri bir neçə aydan sonra meydana qayıdır

Millimizin sabiq üzvü, İsveçin “Kalmar” klubunun müdafiəçisi Emin Nuri uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdır. Goal.az xəbər verir ki, mart ayının əvvəlində ağır zədə alan və geridə qalan 7 ayı müalicəsinə həsr edən azərbaycanlı futbolçu nəhayət, bu gün klubun U-21 komandasının “Elfsborq”la oyununda start heyətdə meydana çıxacaq. Bu barədə “Kalmar”ın rəsmi saytı məlumat yayıb.

İsveç çempionatının cari mövsümündə hələ meydana çıxmamış Emin klubun rəsmi saytına keçirdiyi ağır dövrlə bağlı müsahibə verib. Azərbaycanlı müdafiəçi bunları dilə gətirib:

“Mövsümün böyük hissəsini zədə səbəbindən kənarda qalmaq mənim üçün çox çətin idi. Amma hazırda özümü yaxşı hiss edirəm. Bir neçə həftədi komanda ilə birgə məşq edirdim. Hər ötən gün özümü daha yaxşı hiss etdiyimi düşünürəm. Neçə dəqiqə oynamağa hazıram? Mümkün qədər oynamağa çalışacam. İndi 90 dəqiqə meydanda olub-olmamağım önəmli deyil. Bu, zamanla həllini tapacaq”.