Yaponiya Şimali Koreyadan konkret addımlar gözləyir
Dünya 18 Sen 2018 19:04:00 265 0
Yaponiya Cənubi Koreyanın Prezidenti Mun Çe İn ilə Şimali Koreyanın lideri Kim Çen Inın görüşündən əvvəlki danışıqlar zamanı əldə edilən razılaşmalar üzrə konkret addımların atılacağını gözləyir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.
"Şimali Koreya ilə ABŞ-ın əldə etdiyi razılaşmalar, xüsusən də Şimali Koreyanın nüvə silahının tam ləğvi ilə əlaqədar götürdüyü öhdəliyin həyata keçirilməsi çox vacibdir. Biz ümid edirik ki, Cənubi Koreyanın və Şimali Koreyanın sammiti konkret nəticələrə gətirəcək", - deyə baş katib bildirib.
Mənbə: milli.az