Xalq artisti ATVnin "qara siyahı"sından çıxdı


Şou-biznes 18 Sen 2018 18:32:00 255 0

Xalq artisti ATVnin "qara siyahı"sından çıxdı

Xalq artisti Naibə Allahverdiyeva ATV-nin "qara siyahı"sından çıxıb. Son.az xəbər verir ki, baku.ws-ə özəl açıqlama verən aktrisa bildirib ki, tezliklə ATV-də yayımlanacaq layihədə o da yer alıb: "Sənət dostlarımla bərabər yeni "Məhəlləmiz" adlı tamaşa formatında layihədə mən də iştirak edirəm. Layihə tezliklə ATV-də yayımlanacaq". Sənətkar uzun müddətdir ATV-də görünməməyinin səbəbini açıqlayıb: "Yəqin ki, "qara siyahı"da olmuşam. Sağ olsun yeni rəhbərlik, bu qadağanı aradan qaldırdı. Onlara təşəkkürümü bildirirəm". Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva 2015-ci ildə ATV-də yayımlanan "Qardaşlar" serialında Natella obrazını canlandırırdı. O, serialı yarımçıq tərk etmişdi.