İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb


Digərləri 18 Sen 2018 18:25:00 267 0

İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb

Müsabiqəyə layihələrin qəbul müddəti sentyabrın 30-dək uzadılıb.

Bakı. İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə çoxsaylı marağı və universitetlərin müsabiqədə aktiv iştirakının təmin olunmasını nəzərə alaraq müsabiqəyə layihələrin qəbul müddəti sentyabrın 30-dək uzadılıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə ilə bağlı digər bir yenilik İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə innovasiya müsabiqələrinin və startapların təşkilində geniş təcrübəyə malik olan Sosial İnnovasiya Laboratoriyası (SİL) ilə əməkdaşlığa başlanılmasıdır. Bu əməkdaşlıq çərçivəsində SİL-in dəstəyi ilə 9 modul üzrə 2 intensiv düşərgənin keçirilməsi və seçilmiş ideyalar üçün ilkin hazırlıq mərhələsinin təşkil olunması nəzərdə tutulur. Bundan başqa, müsabiqədə 1-ci yeri tutan layihə müəllifi dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi “Istanbul Innovation Days 2018” Beynəlxalq Proqramında ölkəmizi təmsil edəcək.