Bakı Beynəlxalq Dəniz Ticarət Limanı texnikalar üçün şin-təkərlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir
Digərləri 18 Sen 2018 17:58:02 229 0
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində istifadə olunan texnikalar üçün şin-təkərlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir:
Bakı.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində istifadə olunan texnikalar üçün şin-təkərlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.
QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 26 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 2 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 03 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Mənbə: az.trend.az