İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb


Digərləri 18 Sen 2018 17:48:00 180 0

İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Bu ilin yanvar-avqust ayları ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiyaya gedənlərin sayı 1,9 faiz azalıb.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3089,8 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiyaya, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olub.