Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binası tikiləcək


Digərləri 18 Sen 2018 17:39:35 173 0

Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binası tikiləcək

Prezident İlham Əliyev Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırlıb. İqtisadiyyat Nazirliyi Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin