XI sinif şagirdi atasını öldürdü –


Kriminal 18 Sen 2018 17:20:00 221 0

XI sinif şagirdi atasını öldürdü –

2 gün əvvəl Göygöl rayonunun Yeni Qızılca kəndində 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Son.az xəbər verir ki, sentyabrın 16-na keçən gecə atası Ramil Quliyevi balta və bıçaqla öldürən Eşqin Quliyev bu günlərdə orta məktəbin 11-ci sinfinə gedəcəkmiş.

Yeni Qızılca kənd orta məktəbinin direktor müavini Səbinə Məmmədova bildirib ki, Eşqin müsbət xarakterli və məsuliyyətli şagird olub: "Çox ağıllı, tərbiyəli, yaxşı oxuyan şagird idi. Həm də davamiyyəti yaxşı idi, dərslərdə sonadək iştirak edirdi, müəllimləri də ondan çox razı idi. Kiçik bacısı da bizim məktəbdə oxuyur.

Bildiyimizə görə, atası Bakıda işləyirdi. Bir neçə dəfə məktəbə gəlib uşaqların təhsili ilə maraqlanmışdı, Bakıda olduğu üçün onlarla çox maraqlana bilmədiyini deyirdi. Hadisənin isə hansı səbəbdən baş verdiyini dəqiq bilmirik. Biz də camaat kimi deyilənləri eşitmişik".