Qarabağ-ın rəqibindən FİFA-ya şikayət olunub


İdman 18 Sen 2018 17:28:00 225 0

Qarabağ-ın rəqibindən FİFA-ya şikayət olunub

İspaniyanın Racing klubu Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Sporting-dən FIFA-ya şikayət edib. Goal.az xəbər verir ki, bu barədə Santander təmsilçisinin prezidenti Viktor Blanko bildirib. Şikayətə səbəb Sporting-in futbolçusu Markos Akunyanın transferi üçün nəzərdə tutulan 1,37 milyon avronu ödəməməsidir.

Akunya 2017-ci ilin yayında Racing-dən Sporting-ə keçib. O, 11 dəfə Argentina millisinin də formasını geyinib.