"Deyirdin, mahnımı Tarkan oxuyacaq?"


Şou-biznes 18 Sen 2018 17:12:00 229 0

"Deyirdin, mahnımı Tarkan oxuyacaq?"

Müğənni Ramal İsrafilov "5/5" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçıya "Deyirdin, mahnımı Tarkan oxuyacaq. Necə oldu, oxudu?" sualını ünvanlayıb. Onun bu sözləri Ramalı əsəbiləşdirib və ifaçı etirazını bildirib:

"Özümüzdən danış, Tarkan nədir. O, orda, mən burada. Üç ilin söhbətini fırladıb gətirib aparatlı verilişinə salırsan. Nə qədər ki, niyyətin yanlış yerə yönəlir, olmayacaq. Niyə olmasın ki? Onlar gözləyir mən mahnı yazım göndərim".