Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı


Digərləri 18 Sen 2018 17:02:00 202 0

Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub.