Avroviziya təmsilçimiz: "Mən qalib gəlmək istəyirəm"


Kriminal 18 Sen 2018 17:04:00 230 0

Avroviziya təmsilçimiz: "Mən qalib gəlmək istəyirəm"

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Son.az xəbər verir ki, mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və müsabiqədə Azərbaycanı təmsil edəcək Fidan Hüseynova iştirak edib.

Fidan Hüseynova bundan əvvəl İtaliyada beynəlxalq incəsənət festivalında içtirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılıq üzrə birinci yeri qazanıb. Həmçinin, Fidanın adı 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə gənc istedadların "Qırmızı kitabı"na salınıb və Prezident təqaüdünə layiq görülüb.

Leyla Quliyeva təmsilçimiz haqda bildirib: "Fidan musiqi ilə yanaşı, basketbol, şahmatla da məşğuldur. İstedadlı uşaqdır. Namizədliyini İTV təsdiqlədi. Mahnını seçmə mərhələsi bir qədər sürəcək. Fidan özü də mahnının yaranmasında iştirak edəcək".