Azərbaycanın ÜDM-i 0,7 faiz artıb


Digərləri 18 Sen 2018 16:59:00 213 0

Azərbaycanın ÜDM-i 0,7 faiz artıb

Azərbaycanın ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb. Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artıb.