İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb


Digərləri 18 Sen 2018 17:07:00 230 0

İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Bu iilin yanvar-avqust ayları ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiyaya gedənlərin sayı 1,9 faiz azalıb.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-avqust ayları ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiyaya gedənlərin sayı 1,9 faiz azalıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3089,8 min nəfər olub.