Ermənistanda çağırışçı hərbi xidmətdən yayınmaq üçün intihar edib


Digərləri 18 Sen 2018 16:30:00 235 0

Ermənistanda çağırışçı hərbi xidmətdən yayınmaq üçün intihar edib

Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub.

Bakı. Samir Əli - Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub. Trend-in erməni saytlarına istinadən verdiyi məlumata görə, işğalçı orduda baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar. İşğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxs isə çıxış yolunu intiharda görüb. Məlumatda bildirilir ki, 28 yaşlı Arman.T Artaşat magistralı yaxılığında özünü ağacdan asaraq həyatına son qoyub.