İsrailin Moskvadakı səfiri Rusiya təyyarəsinin vurulmasına görə XİNə dəvət olunub


Dünya 18 Sen 2018 16:12:00 248 0

İsrailin Moskvadakı səfiri Rusiya təyyarəsinin vurulmasına görə XİNə dəvət olunub

Suriyanın Latakiya şəhəri yaxınlığında Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı İsrailin Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

Son.az report-a istinadən xəbər verir ki, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin Latakiyaya zərbə endirərkən Rusiya təyyarəsini sipər kimi istifadə edib Suriya hava müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirmişdi. Hadisə nəticəsində 15 nəfər Rusiya hərbçisi həlak olub.