4 nəfərin ölümünə səbəb olan sürücüyə


Kriminal 18 Sen 2018 16:16:00 244 0

4 nəfərin ölümünə səbəb olan sürücüyə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu dünyasını dəyişib.

Bundan başqa, qəzada iki nəfər də yaralanıb