Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin artırılması barədə razılığa gəlib


Digərləri 18 Sen 2018 15:52:00 236 0

Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin  artırılması barədə razılığa gəlib

Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. Kişinyovda Azərbaycanla Moldova arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Moldova Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib. Yelena Koçkovski Moldovada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.