Maradonanın debütü uğurlu alındı


İdman 18 Sen 2018 15:32:00 248 0

Maradonanın debütü uğurlu alındı

Dieqo Maradonanın baş məşqçisi olduğu Meksikanın 2-ci liqa təmsilçisi Dorados çempionatda növbəti oyununu keçirib. Goal.az xəbər verir ki, Tapachula ilə qarşılaşan Maradonanın komandası meydandan qalib ayrılıb. Ekvadorlu futbolçu Vinisio Anqulanın het-trik etdiyi oyunda Dorados 4:1 hesabıyla qələbə qazanıb. Bu qələbə ilə xallarını 6-ya çatdıran Dorados 10-cu pilləyə yüksəlib. Maradona iki həftə əvvəl bu komandanın baş məşqçisi təyin olunmuşdu.