Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı


Dünya 18 Sen 2018 15:05:00 294 0

Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı

Rusiya Polşanın Podkarpatye əyalətindən donuz əti idxalını müvəqqəti məhdudlaşdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu addım bölgədə donuzların Afrika taunu ilə əlaqədar vəziyyətin pisləşməsi ilə əlaqədar atılıb.

Qeyd olunur ki, məhdudiyyət diri donuza və donuz ətinə, eləcə də digər məhsullara şamil olunur.