Milyarder Aya uçacaq FOTO


Digərləri 18 Sen 2018 14:51:00 268 0

Milyarder Aya uçacaq  FOTO

Dünyanın ən məşhur və ekstravaqant milyarderlərindən olan İlon Maska məxsus "Space X" korporasiyası "SpaceX Big Falcon Rocket" (BFR) raketi vasitəsilə kosmosa göndəriləcək ilk kommersiya turistinin adını açıqlayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, həmin şəxs Yaponiya vətəndaşı, 42 yaşlı Yusaku Maezava olacaq.

Uçuşun vaxtı dəqiqləşdirilməyib. Gələn ilin ortalarında Mazavanın BFR raketi vasitəsilə Aya uçuşu gerçəkləşdiriləcəyi gözlənilir.

Yapon milyarder Yusaku Maezava Yaponiyada ən zəngin iş adamlarının reytinqində 17-ci yeri tutur. O, ölkənin ən böyük "Zozotown" onlayn paltar satiışı servisinin banisi və sahibidir.