“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində məktəbliləri sevindirdi (FOTO)


Digərləri 18 Sen 2018 14:44:00 253 0

“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində məktəbliləri sevindirdi (FOTO)

“Veysəloğlu” Şirkətlər Qrupu yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıb.

Bakı. “Veysəloğlu” Şirkətlər Qrupu yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıb. Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, əməkdaşlar özünün Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib.