Telman İsmayılov və bacısı oğlu məşhur müğənnini oğurlatdırıb?


Kriminal 18 Sen 2018 14:38:00 317 0

Telman İsmayılov və bacısı oğlu məşhur müğənnini oğurlatdırıb?

Rusiya İstintaq Komitəsi qiyabi olaraq həbs edilmiş Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı iş açıb.

O, 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilinir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat verib.

"İstintaqın versiyasına görə, 2004-cü ildə Telman və qohumu oğurlamağa cəhd göstərərək Avraam Russonun birgə konsert fəaliyyətinə cəlb etməyə çalışıblar", - iş adamının vəkili Marina Rusakova bildirib. Onun fikrincə, bu ittiham absurddur.

M.Rusakova qeyd edib ki, dünən T.İsmayılovun bacısı oğlu Zaur Mərdanov da saxlanılıb və ona qarşı adam oğurluğu maddəsi ilə ittiham irəli sürülüb.