118 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)


Digərləri 18 Sen 2018 14:14:00 260 0

118 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac baş tutub. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kv.m-dir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olunub. Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Qeyd edək ki, bu əmlakın ümumi faydalı sahəsi 376 kv.m, satış qiyməti isə 100 min manatdır.