"Emmy" mərasimində evlənmə təklifi etdi VİDEO FOTO


Digərləri 18 Sen 2018 14:03:00 261 0

"Emmy" mərasimində evlənmə təklifi etdi  VİDEO  FOTO

Məşhur rejissor, "Oskar" laueratı Qlenn Veyss ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş "Emmy Awards" mükafatının təqdimat mərasiminin əsl ulduzu olub.

Son.az TMZ-yə istinadən bildirir ki, "Varyete və əyləncə proqramı rejissurası" nominasiyasında mükafata iddialı olan 57 yaşlı rejissor rəqibləri üstələyərək qalb gəlib.

Səhnəyə dəvət olunan Q.Veyss nitqinə iki həftə əvvəl vəfat etmiş anası barədə danışaraq daşlayıb: "Ürəyimin bir hissəsi çiliklənib və onun nə zamansa bərpa olunacağına inanmıram. Anam həmişə, hər yerdə nur tapa bilirdi və sevgilim Ceni çox sevirdi".

Daha sonra rejissor zalda oturmuş Cenə üz tutaraq "Nurunu əsla itirmə" deyib: "Heç bilirsənmi səni niyə "sevgilim" adlandırmaq istəmirəm?! Çünki səni "xanımım" adlandırmaq fikrindəyəm".


Xəbərə aid video