Komitə sədri: "Zəncir vurmaq, qan çıxarmaq sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir" FOTO


Digərləri 18 Sen 2018 14:08:00 306 0

Komitə sədri: "Zəncir vurmaq, qan çıxarmaq sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir"  FOTO

Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Pirallahıda "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb: "Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir".


Xəbərə aid fotolar