Bengü boşanır?


Digərləri 18 Sen 2018 13:25:00 291 0

Bengü boşanır?

Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz" verilişində yeni ailə quran müğənni Bengünün boşanacağı deyilib.

Son.az axşam.az-a istinadən məlumat verir ki, canlı yayım zamanı ifaçı verilişə zəng edib və yayılan xəbərin doğru olmadığını deyib:

"15 gündür ailə qurmuşuq. Belə şeyləri necə ağlınıza gətirə bilirsiz? Aramızda nə dava, nə də gərginlik olub. Bu haqda danışmaq belə insana pis təsir edir. Biz yeni evlənən ikiliyik. Belə xəbər hazırlamağınız belə düzgün deyil".