Bibiheybət Gəmi Təmiri Zavodunda daha bir gəmi əsaslı təmir olunub (FOTO)


Digərləri 18 Sen 2018 13:27:30 431 0

Bibiheybət Gəmi Təmiri Zavodunda daha bir gəmi əsaslı təmir olunub (FOTO)

Bibiheybət Gəmi Təmiri Zavodunda daha bir gəminin əsaslı təmiri başa çatıb.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Nerça” təchizat-yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub. QSC-dən Trend-ə verilən məlumata görə, proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Bununla belə, gəmi tərsanəyə qaldırılaraq hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, onun üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələrin dəyişdirilməsi işləri yerinə yetirilib. Həmçinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.