Günün günorta vaxtı 3 nəfəri döyüb telefon və velosipedini aldılar


Digərləri 18 Sen 2018 13:06:00 291 0

Günün günorta vaxtı 3 nəfəri döyüb telefon və velosipedini aldılar

Sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən əmlumata görə, bununla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.