"Nikoil Bank"ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb


Dünya 18 Sen 2018 12:53:00 271 0

"Nikoil Bank"ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

"Nikoil Bank"ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.