Voleybol millimizin dünya çempionatı üçün heyəti açıqlandı


İdman 18 Sen 2018 12:51:00 321 0

Voleybol millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Goal.az-ın məlumatına görə, baş məşqçi Faiq Qarayev yarışa 14 voleybolçu ilə yollanmağı qərara alıb.

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatı üçün heyəti müəyyənləşib.

Yığmanın heyəti: Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbduləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək. Azərbaycan yığması C qupunda Cənubi Koreya, Rusiya, Tayland, Trinidad, Tobaqo və ABŞ ilə mübarizə aparacaq.